Dortmund "Borussiya"sının idman direktoru Mixael Tsork "Barselona"nın Pyer-Emerik Obameyanqa maraq göstərməsini şərh edib.
Teleqraf.com xəbər verir ki, Bundesliqa klubunun rəsmisi "Bild" nəşrinə məsələ ilə bağlı açıqlama verib. O, bildirib ki, 26 yaşlı forvardı satmağı planlaşdırmırlar.
Daha öncə bildirilirdi ki, "Barsa" qış transfer dönəmində qabonlu futbolçunu heyətinə qatmaq istəyir.
Kataloniya klubu onu əsas hücumçuları Messi, Neymar və Suaresə əvəzedici kimi almaq niyyətindədi. Baş məşqçi Luis Enrike hesab edir ki, əgər bu üç forvardan biri zədələnəcəyi halda Obameyanqa şans versin.
Qeyd edək ki, Obameyanq bu mövsüm "Borussiya"nın heyətində keçirdiyi 14 oyunda 14 qol vurub.
Rüstəm