Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Prezidenti Zati-aliləri cənab Yanoş Aderə təbrik məktubu göndərib.
Axar.az məktubun mətnini təqdim edir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Macarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və inkişafı istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.