6 Noyabr 2015 08:16
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qalatasaray"ın sabiq futbolçusu Georgi Popesku azadlığa buraxılıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rumıniya yığmasının sabiq üzvünü həbsxananın qarşısında ailəsi qarşılayıb.

Futbolçu karyerasını başa vurduqdan sonra menecerliyə başlayan Popesku oyunçu transferləri zamanı saxtakarlığa yol verdiyi üçün 3 il, 1 ay azadlıqdan məhrum edilib. Lakin 570 gün həbsdə qalan Popesku bu müddətdə faydalı kitablar yazması səbəbindən onun cəzası 211 gün azaldılıb.

Mətbuata danışan sabiq "Qalatasaray"lı bunları deyib: "Həyatımın ən çətin günlərini keçirdim. Bu müddətdə atamı itirdim. İlk işim onun məzarını ziyarət etmək olacaq".

Qeyd edək ki, Popesku 1997-2001-ci illərdə "Qalatasaray"ın şərəfini qoruyub.


Müəllif: