3 Dekabr 2015 08:16
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA Rusiya Futbol Federasiyasının (RFF) prezidenti və idman naziri Vasili Mutkonun Türkiyədən futbolçu transferinə qadağa qoyulmasıyla bağlı qərarını araşdıracaq.

Rusiya mətbuatında yayılan xəbərlərə görə, dünyanın ali futbol qurumu rusların bu embarqosunun FİFA-nın təlimatlarına zidd olub-olmadığını araşdırmağa başlayıb.

Sözügedən embarqonun gələn ilin yanvar ayından qüvvəyə minəcəyi və hazırda “Rubin”in şərəfini qoruyan Gökdəniz Karadənizə tətbiq edilməyəcəyi deyilir.

Xatırladaq ki, Mutkonun bu qərarı qəbul etməsinə Rusiya və Türkiyə dövlətləri arasında yaranan siyasi gərginlik səbəb olub. Belə ki, bir neçə gün öncə Türkiyənin hava sərhəddini pozan Rusiyaya məxsus qırıcı təyyarə türkiyəli hərbçilər tərəfindən vurulmuş, bir rus pilot həlak olmuşdu. Bundan sonra isə Rusiya Federasiyası Türkiyəyə qarşı bir neçə sahədə embarqo həyata keçirmişdi.


Müəllif:

Oxşar xəbərlər