"Barselona"nın hücumçusu Neymar ötən ay La Liqanın ən yaxşı futbolçusu seçilib.
Braziliyalı futbolçu ötən ay La Liqanın 3 oyununda meydana çıxıb.
24 yaşlı futbolçu ötən ay 5 qol vurub və 2 məhsuldar ötürmə verib. Neymar noyabr ayında "Vilyareal" (3:0),
Madrid "Real"ı (4:0) və "Real Sosyedad"la (4:0) görüşlərdə 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Atletiko" (Madrid) klubunun çalışdırıcısı Dieqo Simeone ötən ay La Liqanın ən yaxşı baş məşqçisi adını qazanıb.