Mövsümün sonunda müqaviləsi bitəcək Xosep Qvardiolanın "Bavariya"da qalıb-qalmayacağına gələn həftə aydınlıq gələcək. Sport7.az xəbər verir ki, bu barədə gənc çalışdırıcının özü məlumat verib.
O, bunu ötən gecə Almaniya kuboku çərçivəsində "Darmştadt"ı 1:0 hesabı ilə məğlub etdikləri qarşılaşmadan sonra yerli telekanala açıqlamasında deyib: "İndi bu məsələ ilə bağlı nəsə deyə bilmərəm. Gələn həftə qərar qəbul ediləcək. Bundan sonra isə rəsmi açıqlama veriləcək".
Qeyd edək ki, 2013-cü ildən "Bavariya"nın "sükanı arxası"na keçən ispan məşqçinin adı inglis klubları ilə yanaşı hallanır.