26 Dekabr 2015 08:52
480

Qapıçı problemini həll etməyə çalışan "Qara qartallar" tanınmış klubların "çərçivə" qoruyucularıyla danışıqlara başlayıb.

Artıq "Hamburq"un qapıçısı Rene Adlerə təklif göndərilib. İstanbul klubunun rəhbərliyi 30 yaşlı Adleri heyətə qatmaqda israrlıdır. Yeganə problem qolkiperin klubuyla müqaviləsinin gələn mövsümün sonuna qədər nəzərdə tutulmasıdır. Adlerin özü də "Beşiktaş"da oynamağa razıdı, amma "Hamburq"un onu pulsuz buraxacağı inandırıcı görünmür.

Adlerdən savayı "Aresenal"dan David Ospina, "İnter"dən Samir Handanoviç, "Dnepr"dən Denis Boyko və "Marsel"in qapıçısı Stev Mandanda namizədlər arasındadılar.


Müəllif: