"Ayaks"ın qapıçısı Yasper Sillessen karyerasını Türkiyə superliqasında davam etdirə bilər.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hollandiyalı qolkiperlə "Beşiktaş" yaxından maraqlanır.
Yaxın vaxtlarda İstanbul təmsilçisi "Ayaks"la danışıqlara başlayacaq. Tərəflər arasında razılıq əldə olunsa, 26 yaşlı qapıçı yanvar ayından "Beşiktaş"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Sillessen cari mövsüm "Ayaks"ın heyətində 24 oyun keçirib.