Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsində İtaliyanın "Latsio" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçiriləcək cavab görüşünə hakim təyinatları açıqlanıb.
Fevralın 25-də İtaliyada baş tutacaq qarşılaşmanı rusiyalı referi Vladislav Bezborodov idarə edəcək.
Yan xətt hakimi qismində meydana onun həmyerliləri Nikolay Qolubev və Maksim Qavrilin çıxacaq. Matçın 4-cü hakimi Valeri Dançenkodur. Əlavə köməkçi hakim funksiyasını isə Aleksey Yeskov və İqor Fedotov yerinə yetirəcək.
İstanbulda keçirilmiş ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.
Qeyd edək ki, bir müddətdir Rusiya və Türkiyə arasında siyasi gərginlik yaşanır.(Report)