Azərbaycanda daha bir klubun rəsmi fan-klubu açılıb.
Bu, İngiltərənin “Çelsi” klubudur.
Bakıdakı “Çelsi” azarkeşləri tərəfindən klubun fan-klublarla iş üzrə departamentinə ünvanlanan məktuba müsbət cavab verilib.
Fan-klub rəsmən 23 oktyabr 2015-ci il tarixdə qeydiyyatdan keçib, dünən isə klubun rəhbəri Bryus Bakın imzası ilə rəsmi sertifikat və kapitan Con Terrinin imzası ilə salamlama məktubu göndərilib. Fan-klubun feysbuk səhifəsinin linki də "Çelsi"nin saytında yerləşdirilib.