29 May 2016 00:12
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016 turnirində III turun görüşləri davam edir.

Trend-in məlumatına görə, hesabat turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hollandiya təmsilçisi Aniş Giriylə heç-heçə oynayıb. Partiyadan sonra Rəcəbov oyun haqda bunları deyib: "Oyunda üstünlük yox idi. Bərabər səviyyəli oyun getdi. Ardıcıl üçüncü heç-heçə qaçılmaz oldu. Ümumiyyətlə turnirə 3 turdan sonra qiymət vermək tezdir. Bütün görüşlərdə heç-heçə oynamışam. Fikrimcə qarşıdakı görüşlərdə daha maraqlı oyun olacaq".

Jurnalistlərin uzun müddət heç bir yarışda iştirak etməməsiylə bağlı suala Teymur Rəcəbov belə münasibət bildirib: "Uzun müddət oynamamağımın heç bir xüsusi səbəbi yox idi. Sadəcə bir güclü yarışdan dəvət gözləyirdim. Amma dəvət gəlmədi, belədə planlarım pozuldu. Şahmatda belə hallar olur. Bir müddət oynamadığm kimi ola bilər ki, bir zaman ardıcıl yarışlarda iştirak edim".

FİDE Qran-Pri seriyasının yeni mövsümünə gəlincə Azərbaycan şahmatçısı bu yarışın keçirilməsini yüksək qiymətləndirdi: "FİDE Qran-Pri turniri yüksək səviyyədə olan turnirdir. Bir müddət sponsorlarla bağlı problemləri var idi. Ona görə keçirilməsi sual altında idi. Böhran təsir etmişdi. Sevindirici haldır ki, yeni mövsümdə də Qran-Pri baş tutacaq. Çox maraqlı yarışdır".


Müəllif:

Oxşar xəbərlər