İspaniyada məhkəmə qarşısına çıxarılan Lionel Messinin atası da oğlunun dediklərini təsdiqləyib.
Messi bağladığı müqavilələri heç vaxt oxumadığını, sadəcə, imzaladığını bildirmişdi. Xorxe Messi oğlunun dediklərini təsdiqləyərək, onun müqavilələri oxumadığını, bu işlə özünün məşğul olduğunu deyib:
“Mən oğlumun həyatını yüngülləşdirmək istəyirəm. Ona görə də kağızlarla mən məşğul oluram. Leo isə ancaq futbol haqda düşünür.
Messi müqavilədə göstərilən kompaniyalar haqda heç bir məlumata sahib olmayıb. O, sadəcə müqaviləni imzalayıb”.
Messi 2007-2009-cu illərdə 4,1 milyon dolları vergidən yayındırmaqda ittiham olunur.