Türkiyə lirəsinin ucuzlaşması bu ölkədən Azərbaycana idxal olunan məhsulların maya dəyərinin azalması deməkdir.
Teleqraf.com "Sputnik"ə istinadla xəbər verirki, iqtisadçı-ekspert Rəşad Həsənov bu fikirədədir.
Onun fikrincə, hHazırda Azərbaycan bu məsələdə daha avantajlı mövqeyə malikdir: "Türkiyədən Azərbaycana idxal kifayət qədər çoxdur. Xüsusilə, yüngül və yeyinti sənayesi məhsulları sahəsində. Bu məhsulların maya dəyərinin aşağı düşməsi, son nəticədə daha aşağı qiymətlərlə satışın təşkili nəticəsində əhalinin onsuz da zəifləmiş istehlak qabiliyyətində müəyyən dirçəlişə səbəb ola bilər.
Türkiyə iqtisadiyyatı bu kimi dalğalara alışıb. Lirənin ucuzlaşması Türkiyənin ixrac imkanlarını genişləndirir. O cümlədən Türkiyədən Azərbaycana daxil olan məhsulların maya dəyərini aşağı salır".