10 Yanvar 2017 16:43
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Bankdan Teleqraf.com-a verilən məlumata görə, yığıncaqda bankın İdarə Heyətinə sədr seçilməsi məsələsinə baxılıb. Xalid Əhədov ABB-nin İdarə Heyətinin sədri seçilib.

Xalid Əhədov 8 dekabr 2016-cı il tarixindən bu vəzifəni müvəqqəti icra edib.

Bununla yanaşı, Aqşin Əmirov İdarə Heyətinə sədr müavini vəzifəsinə təyin olunub. O bundan öncə "Bank Respublika" ASC-də analoji vəzifəni tutub.


Müəllif:

Oxşar xəbərlər