Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) mayda neftin qiyməti ilə bağlı iclas keçirəcək.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Qətərin energetika naziri Məhəmməd əl-Səda məlumat verib.
Nazir OPEC-in may ayında keçirəcəyi iclasda kartelə üzv ölkələrin neft hasilatının azaldılması sazişinin müddətini uzadıb-uzatmayacağı barədə danışmağın hələ tez olduğunu bildirib: “İclasda əsas müzakirə mövzusu qlobal ehtiyatlar və neft hasilatının azaldılmasının son beş ilin proqnozlarına uyğunluğu olacaq. Bazarda sabitliyin yaranıb-yaranmadığını görmək üçün bu çox mühüm məsələdir”.