Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, bu gün ABŞ dollarının məzənnəsi iyulun 20-i ilə müqayisədə ucuzlaşaraq 1,7012 manat təşkil edib.
Avro isə manata nisbətən möhkəmlənərək 1,9783 manat təşkil edir.
Rusiya rublu da iyulun 20-i ilə müqayisədə cüzi bahalaşaraq 0,0289 manat səviyyəsində qərarlaşıb.
1 türk lirəsi 0,4824 manat, Gürcüstan larisi 0,7072 manatdır.