27 Dekabr 2017 01:59
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Brent" markalı neftin bir barelinin qiyməti 2015-ci ildən sonra ilk dəfə ən yüksək həddə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumatda bildirilir ki, Londonun "ICE" birjasında satışın gedişatında "Brent" markalı neftin 2018-ci ilin fevralına nəzərdə tutulmuş qoyuluşu 2,64 faiz artıb. Beləliklə bu markadan olan neftin qiyməti bir barelinin qiyməti son iki ildə ilk dəfə 67,02 dollar olub.

Xatırladaq ki, bu növdən olan benzinin qiyməti sonuncu dəfə 2015-ci ilin 18 mayında 67 dollar olub.


Müəllif: Teleqraf.com