Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emaı Zavodunun modernləşdirilməsinin başa çatmasından sonra “Avro-5” standartlı benizinin ixracına başlayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
Benzin istehsalının həcmi 2,2 milyon ton təşkil edəcək:
Ümumilikdə, modernləşdirmə başa çatdıqdan sonra dizel yanacağının istehsalı 2,9 milyon ton və ya ümumi istehsal gücünün 39 faizi, benzin istehsalı 2,2 milyon ton və ya 29 faiz, o cümlədən Aİ-92 – 16 faiz və Aİ-95 – 13 faiz təşkil edəcək. “Azərikimya” İB üçün xammal istehsalı 6 faiz, bitum və koks istehsalı 5 faiz, mayeləşdirilmiş karbohidrogen qazının istehsalı 1 faiz təşkil edəcək.
İstehsal olunan məhsulların bir hissəsi ixraca gedəcək.