“Azərbaycan Hava Yolları” QSC (AZAL) Təl-Əvivə olan reyslərinin sayını artırır.
AZAL-dan Teleqraf.com-a verilən məlumata görə, dekabrın 6-dan etibarən Bakı-Təl-Əviv istiqaməti üzrə əlavə J2-021/022 reyslərinin yerinə yetirilməsinə başlanılacaq. Beləliklə, uçuşlar çərşənbə, cümə axşamı və bazar günləri yerinə yetiriləcək.