17 Dekabr 2018 14:47
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn il avtomobillərin qiymətində artım sürətlənəcək.

Bunu Teleqraf.com-a iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən ölkəyə idxal edilən avtomobillərə tətbiq edilmiş aksiz vergi dərəcələri gələn il yanvarın 1-dən etibarən artırılacaq:

“Dəyişikliyə əsasən, bütün növ mühərrikə malik avtomobillərin idxalına tətbiq edilən aksiz vergisinin artırılması nəzərdə tutulub. Avtomobillərin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə aksiz vergisi 0.20 manatdan 0.30 manatadək yüksəldilib.

Bu göstərici 3000 kubsantimetrədək olan avtomobillər üçün əvvəllər 400 manat plyus mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə isə 3 manat idisə, gələn ildən bu rəqəmlər uyğun olaraq 600 manat və 5 manat olacaq.

Mühərrik gücü böyük olanlarda daha yüksək vergi artımları nəzərdə tutulur.

Dəyişikliklərin gələn ildən qüvvəyə minəcəyinə baxmayaraq artıq avtomobil bazarında qiymət artımları müşahidə edilir. Mühərrik gücü böyük olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərinin artırılmasını fiskal baxımdan əsaslandırmaq mümkün olsa da, kiçik mühərrikli avtomobillərin idxalındakı vergiləri yüksəldilməsi izah edilən deyil.

Avtomobil idxalına aksiz vergilərinin mütəmadi olaraq artırılması ölkədə avtomobil parkının köhnəlməsinə səbəb olur. Bu baxımdan, növbəti illərdə bu faktor ekoloji və ya tıxac problemləri yarada bilər. Buna görə də, mühərrikin həcmi 2000 kubsantimetrədək olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərin artırılmasına ehtiyac yox idi.

Eyni zamanda gücü 3000 kubsantimetrədək olan avtomobillərdə vergi artımı da cüzi olması məqsədə uyğun idi. Bütövlükdə, gələn il xüsusən yeni avtomobillərin qiymətində daha çox artımlar gözlənilir”.


Müəllif: Aytən

Oxşar xəbərlər