Mərkəzi Bank 2019-cu il yanvarın 3-də vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək.
Teleqraf.com Mərkəzi Banka istinadla xəbər verir ki, hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 11 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 7,76-9,74 təşkil edir.