29 İyun 2020 11:02
2 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qızılın fyuçers müqavilələri 1 unsiya üçün 1800 dollara yaxınlaşıb.

Teleqraf.com xəbər verir ki, bu, ən son 2011-ci ilin sonunda görünən səviyyədir.

Qızıl fyuçersləri “Comex” bazarında 0,6 faiz artaraq 1 unsiya üçün 1790,40 dollara çatıb. Qızıl fyuçersləri 2011-ci ilin sentyabr ayında 1 923.70 dollarla tarixin ən yüksək səviyyəsini görüb.

Con Hopkins Universitetinin məlumatlarına görə, koronavirus səbəbindən ölənlərin sayı 10 milyonu keçəndən sonra qızıl 2016-cı ildən bəri ən güclü rüblük performansını göstərməyə başlayıb.

Hökumətlər və mərkəzi banklar pandemiyadan zərər görən iqtisadiyyatları dəstəkləmək üçün stimullaşdırıcı tədbirləri həyata keçirilməklə yanaşı bu il qızılın dəyəri 17 faiz artıb.

İnvestorlar bu dəyəri qorumaq məqsədi ilə getdikcə qızıla yatırımı gücləndirirlər. Bəzi banklar, o cümlədən “Goldman Sachs Group Inc” 12 ay ərzində qiymətlərin rekord səviyyəyə - 2000 dollara çatacağını proqnozlaşdırır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər