Feysbukun qurucusu Mark Zukerberqin şəxsi sərvəti ilk dəfə 100 milyard dolları keçib.
Teleqraf.com xəbər verir ki, Mark Zukerberqin səhmləri dəyər qazandıqca sərvətini 100 milyard dollardan çox artırıb.
Bununla da Zukerberq Amazon şirkətinin direktoru Ceff Bezos və “Microsoft”un qurucusu Bill Qeytslə birlikdə bu həddi keçən üç şəxsdən biri olub.
Zukerberq Feysbukda 13 faiz paya sahibdir. Məlumata görə, Zukerberqin şəxsi sərvəti bu il ümumilikdə 22 milyard dollar artıb.