9 Oktyabr 2020 11:00
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yuxarı Qarabağ iqtisadi-coğrafi rayonu iqtisadiyyatın yeni inkişaf lokomotivi olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, Azərbaycan əsgəri döyüş şəraitinə tam nəzarət edir və irəliləyir:

"Azərbaycanın şanlı ordusunun torpaqlarımızı işğaldan azad etməsi həmçinin iqtisadi inkişaf, məşğulluğun təmini, yeni iş yerlərinin yaradılması kimi müsbət təsirlər göstərəcək. İşğaldan azad olunacaq torpaqlarımız Azərbaycan iqtisadiyyatında xüsusi paya malik olacaq.

Yuxarı Qarabağ iqtisadi-coğrafi rayonunun ərazisinə düşən rayon və şəhərlərimiz bərpadan sonra kifayət qədər iqtisadi potensiallı hala gələcək. Sözügedən iqtisadi rayona Xankəndi şəhərini, Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Şuşa və Tərtər rayonlarını daxildir. Ümumi sahəsi 7248 km2 olan bu iqtisadi rayon ölkə ərazisinin 8,4%-ni təşkil edir.

İqtisadi rayon polimetal filizləri, tikinti materialları (mərmər, sement xammalı, əhəng daşı), mineral bulaqlar ilə zəngin iqtisadi rayon yüksək sənaye və kənd təsərrüfatı potensialına malikdir. Eyni zamanda, işğaldan azad olunandan sonra həmin ərazilərin yüksə turizm potensialı da var.

Bütövlükdə, inşallah ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra Yuxarı Qarabağ iqtisadi rayonu Azərbaycanda iqtisadi inkişafa xüsusi töhvə verəcək".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər