2020-ci il Nobel həftəsi çərçivəsində iqtisadiyyat üzrə mükafat təqdim olunub.
Teleqraf.com-un məlumatına görə, bu il mükafatı ABŞ-ın Stanford Universitetindən olan Paul Milqrom və Robert Vilson əldə edib.
Nobel Mükafatı Komitəsi bildirir ki, mükafat “Satınalma nəzəriyyəsi və yeni göstərilən formatlar üçün ixtiralardakı inkişafa” görə verilib.
İsveç Elmlər Akademiyasından verilən açıqlamaya görə, Milqrom və Vilson ənənəvi yolla satılması çətin olan mallar və xidmətlər üçün radiotezliklər kimi yeni tender formatları hazırlayıblar.
Qeyd edək ki, Nobel mükafatları hər il fizika, kimya, tibb, sülh və ədəbiyyat sahələrində dinamit tapan və 1896-cı ildə vəfat edən isveçli ixtiraçı Alfred Nobelin istəyi ilə verilir. Alfred Nobelin xatirəsinə verilən “Sveriges Riksbank İqtisadi Elmlər Mükafatı” 1969-2019-cu illər arasında 84 nəfərə 51 dəfə verilib.