16 Oktyabr 2014 01:54
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərikimya” İstehsalat Birliyində doqquz ayın yekununa və iqtisadi göstəricilərin təhlilinə həsr olunmuş hesabat xarakterli geniş müşavirə keçirilib.

Birliyin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, idarə və müəssisələrin rəhbərlərinin, baş mühəndislərinin, istehsalat və sex rəislərinin, müvafiq şöbələrin aparıcı mütəxəssislərinin iştirak etdikləri tədbirdə hesabat dövründə etilen-polietilen zavodunda həyata keçirilmiş tədbirlər, istehsal və maddi balans göstəricilərinin təhlili, enerjidaşıyıcılara qənaət, həmçinin mövcud çatışmazlıqlar və onların aradan qaldırılması yolları ilə bağlı müvafiq şöbələrin məsul işçilərinin hesabat xarakterli çıxışları dinlənilib.

Müşavirədə istehsalat göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisəli şəkildə slaydlar vasitəsilə iştirakçıların nəzərinə çatdırılıb.


Müəllif:

Oxşar xəbərlər