3 Dekabr 2020 18:48
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

2012-ci ilin iyul ayından bəri qlobal qida qiymətləri indeksinin ən yüksək aylıq artımı cari ilin noyabr ayında qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

Taxıl, yağlı toxum, süd məhsulları, ət və şəkər kimi qidalar səbətinin qiymətini ölçən FAO-nun qida qiymətləri indeksi noyabr ayında 105.0-a yüksəlib. Oktyabr ayı üçün 100.9 olaraq elan edilən indeks dəyəri isə 101.0 olaraq yenilənmişdi.

Bitki yağlarının qiymətləri isə palma yağı qiymətlərindəki artım səbəbiylə aylıq 14,5 faiz artıb. Qiymətlərin artmasına qlobal səhmlərin azalması səbəb olub.

Digər tərəfdən, taxıl qiymətləri indeksi noyabr ayında əvvəlki aya görə 2,5 faiz artıb. Bununla birlikdə, indeks keçən ilə nisbətən 19.9 faiz dəyər qazanıb.

Buğda ixracatı qiymətləri Argentinada məhsul gözləntilərinin azalması nəticəsində artıb, darı qiymətləri isə ABŞ və Ukraynada məhsul proqnozlarının aşağı olması səbəbindən qismən yüksəlib. Düyü qiymətləri isə sabit qalıb.

Şəkər qiymətləri oktyabr ayına görə 3,3 faiz artıb. Buna səbəb əlverişsiz hava şəraiti, Avropa İttifaqında, Rusiyada və Tailandda məhsulun azalacağı, o cümlədən qlobal istehsalın qeyri-kafi olacağına dair narahatlıqlar olub.

Digər tərəfdən, süd məhsulları indeksi aylıq 0,9 faiz artaraq demək olar ki, 18 aylıq zirvəyə çatıb.

Ət indeksi keçən ay 0,9 faiz artaraq doqquz aylıq eniş trendinə son qoyub. Bununla birlikdə indeks keçən ilə nisbətən13,7 faiz azalıb.

FAO-nun qlobal taxıl məhsulu proqnozunu ardıcıl üçüncü dəfə yenidən nəzərdən keçirməsinə baxmayaraq, hesabatında məhsulun 2020-ci ildə hər il rekord səviyyəyə getdiyini qeyd edib.

FAO 2020-ci il taxıl məhsulu mövsümü üçün üçüncü ay da proqnozunu dəyişərək 2.75 milyard tondan 2.742 milyard tona qədər düzəldib. Ancaq aşağıya doğru düzəliş belə, illik məhsul üçün rekord səviyyəni göstərir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər