Cari ilin yanvar-noyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a bildirilib ki, on bir ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Rusiya qərarlaşıb. İtaliyaya ixrac 4 milyard 98,9 milyon ABŞ dolları, Türkiyəyə 2 milyard 506,9 milyon dollar, Rusiyaya isə 644,6 milyon dollar dəyərindədir.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında da ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 4 milyard 462,5 milyon dollar, Türkiyə ilə 3 milyard 910,4 milyon dollar, Rusiya ilə 2 milyard 417,6 milyon dollar təşkil edib.