15 Yanvar 2021 12:09
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden epidemiyaya qarşı mübarizəni sürətləndirmək və iqtisadiyyatı stimullaşdırmaq üçün 1,9 trilyon dollarlıq xilasetmə paketini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, təşviq paketində COVID-19-la mübarizəyə 400 milyard dollar, vətəndaşlara birbaşa ödəniləcək çeklərə 1 trilyon dollardan çox, icmalara və şirkətlərə 440 milyard dollar yardım nəzərdə tutulur.

Yanvarın 20-də vəzifəsinin icrasına başlayan prezident Bayden koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirini azaltmaq üçün ABŞ Konqresindən 1,9 trilyon dollar təcili yardım alacaq.

İlin sonunda qəbul edilmiş paketdə birbaşa vətəndaşlara ödəniləcək çeklərin məbləği 600 dollar proqnozlaşdırıldı. Bu məbləğ Bayden paketində 1400 dollardır. Paketdə minimum əmək haqqının saatda 15 dollara qaldırılması, məktəblərin yenidən açılması üçün 130 milyard dollar ayrılması və sentyabr ayının sonunadək həftədə 400 dollarlıq əlavə işsizlik müavinətinin verilməsinə davam edilməsi də yer alır.


Müəllif: Yeganə Oqtayqızı