15 May 2021 12:25
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Rosneft”in neft məhsullarının Ukrayna, Polşa, Baltikyanı ölkələr və Şərqi Avropanın digər ölkələrinə ixracı hüququ barədə saziş imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə şirkətin sözçüsü İbrahim Əhmədov “RİA Novosti”yə bildirib.

“Azərbaycan Dövlət Neft Şirkəti beynəlxalq neft-qaz ticarətində mövqelərini gücləndirmək niyyətindədir. Rusiyanın “Rosneft” neft şirkəti ilə “Rosneft” tərəfindən istehsal olunan neft məhsullarının Ukraynaya, Polşaya, Baltikyanı ölkələrə və Şərqi Avropanın digər ölkələrinə ixracı hüququnu nəzərdə tutan saziş imzalanıb”, - deyə İ.Əhmədov qeyd edib.

Onun sözlərinə görə, hazırda nəzərdə tutulan əməliyyatların həcmi və müddəti razılaşdırılır.


Müəllif: Səxavət