18 May 2021 13:53
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu il rusların borc öhdəlikləri tarixi zirvələrə çatıb, hətta bəzi bölgələrdə maliyyə köpükləri meydana gəlib”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankının sədr müavini Kseniya Yudayeva açıqlayıb.

O, fərdi borclanma təhlükələrini azaltmaq üçün qanunvericilik çərçivəsində bir sıra tədbirlər hazırladıqlarını deyib: “Şəxslər üçün bu cür kreditlərin risklərini məhdudlaşdırmaq bizim üçün çox vacibdir”.

Rusiya Mərkəzi Bankının məlumatına görə, rus vətəndaşlarının vaxtı keçmiş borcu 1 aprel tarixinə 1 trilyon 23 milyard rubla çatıb ki, bu da 2016-cı ilin oktyabrından bəri ən yüksək göstəricidir. Sözügedən dövrdə rusların banklara olan ümumi borcu 2,2 faiz artaraq 20,7 trilyon rubla çatıb.


Müəllif: Yeganə Oqtayqızı