19 May 2021 17:43
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal çip çatışmazlığı avtomobil istehsalçılarının təxmin edilən illik satışlarının 5 faizinə başa gələcək.

Teleqraf.com xəbər verir ki, bunu beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” açıqlayıb.

Avtomobilə tələbin güclü olduğunu bildirən Agentlik hesab edir ki, istehsalçılar ən gəlirli modellərə üstünlük verərək istehsal itkisini pul axını üzərindəki təsirini tarazlaşdırmağa kömək edəcək.

Çip qıtlığının daha çox vaxt alacağına işarə edən hesabat görə, bunun bazarlara təsirlərinin gözləniləndən daha çox olacaq.

Bir çox avtomobil istehsalçısının 2021-ci ilin ikinci rübündə ən ağır təzyiqlərlə qarşılaşacağı gözlənilir. Problemin 2022-ci ildə tədricən azalacağı da qeyd edilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər