3 İyul 2021 22:42
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günə qədər Bakı-Tbilisi-Ceyhan (BTC) xam neft boru kəmərindən Türkiyə ərazisinə 3 milyard 670 milyon barel neft nəql edilib.

Bu barədə Teleqraf.com Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.

BOTAŞ Beynəlxalq Şirkətinin (BIL) yaradılmasının 25-ci ildönümündə açıqlanan məlumatda bildirilir: “BOTAŞ International Şirkəti (BIL) təminat mənbəyi ölkələrlə beynəlxalq layihələrdə münasibətlərini daha effektiv və səmərəli etmək, neft və təbii qaz layihələrində söz sahibi olan ölkələrin və transmilli şirkətlərin fəaliyyətində mümkün olan ən yaxşı şəkildə iştirak etmək üçün 3 iyul 1996-cı ildə BOTAŞ tərəfindən təsis edilib”.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.


Müəllif: Yeganə Oqtayqızı