21 Mart 2022 19:13
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

“Azəriqaz”dan Teleqraf.com-a verilən məlumata görə, birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Qaradağ rayonunda təşkil olunacaq.

"Azəriqaz" İB-nin rəhbər şəxsləri Qaradağ rayonu, Lökbatan qəsəbəsində (Ə.Əmirov adına Mədəniyyət Sarayının həyəti) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” martın 23-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər