Rusiya təbii qaz ödənişlərini rublla alacağını açıqladıqdan sonra dolların qarşısında bahalaşan rubl yenidən müharibədən əvvəlki səviyyəsinə qayıdıb.
Teleqraf.com birjalara istinadən xəbər verir ki, çərşənbə günü 1 ABŞ dolları 85 rubla alınıb.
Bayden administrasiyasının Rusiya neft və qazına qadağa elan etməsindən sonra martın 7-də 1 ABŞ dolları 150 rubla alınıb.
Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, Rusiya Mərkəzi Bankı faiz dərəcələrini artırmaqla riskə gedirb. Bu, rusları kiçik miqdarda xarici valyuta almaqla kapital nəzarətindən yan keçməyə məcbur edə bilər.