6 İyul 2022 17:18
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya bu ilin üç ayında Çin və Hindistana enerji satışından 24 milyard dollar gəlir əldə edib.

Teleqraf.com xəbər verir ki, Çin fevral, aprel, may ayları ərzində Rusiya nefti, qazı və kömürünə 18,9 milyard dollar xərcləyib.

Toplanan son gömrük məlumatlarına görə, bu rəqəm əvvəlki illə müqayisədə təxminən iki dəfə çoxdur.

Eyni dövrdə Hindistan 5,1 milyard dollar xərcləyib ki, bu da əvvəlki ilin dəyərindən beş dəfə çoxdur.

Bu məlumatlar 2021-ci ilin eyni ayları ilə müqayisədə hər iki ölkədən 13 milyard dollardan çox əlavə gəlir deməkdir.


Müəllif: Yeganə Oqtayqızı