2 Dekabr 2022 14:16
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

G7 ölkələri (“Böyük yeddilik” - Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) Rusiya neftinə tətbiq olunacaq qiymət həddi ilə bağlı razılaşmaya çox yaxındırlar.

Teleqraf.com xəbər verir ki, bunu G7-nin yüksək rütbəli rəsmisi bildirib.

Məlumata görə, G7 üzvləri Rusiyanın dəniz yolu ilə satdığı neftə 60 dollar/barel qiymət həddi tətbiq etmək barədə razılığa gələ bilərlər. Müqavilə Rusiya neftinin qiymət həddini bazar qiymətindən 5 faiz aşağı saxlamaq üçün düzəliş mexanizmini əhatə edəcək.

O da vurğulanıb ki, yaxın günlərdə və ya ən geci bazar ertəsi Rusiya neftinin qiymət həddi səviyyəsi ilə bağlı razılaşmanın elan ediləcəyi gözlənilir.


Müəllif: Yeganə Oqtayqızı