13 Yanvar 2023 14:38
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal iqtisadi artım bu ilin sonuna doğru bərpa olunacaq.

Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva deyib.

Georgieva qlobal artımda son zamanlar müşahidə edilən azalmaların sona çatacağını proqnozlaşdırır: “Gələn il iqtisadi artımın daha da sürətlənə biləcəyinə dair nikbinlik var. Dünya iqtisadiyyatının üzərindəki fırtına buludları tezliklə dağılacaq. Dibdən çıxdığımızı düşünürük.

BVF-nın 2023-cü il üçün 2,7 faizlik artım proqnozunu aşağı salacağı gözlənilmir.

Hələ çətin bir il olacaq və qlobal iqtisadiyyat kövrək olaraq qalacaq. İnflyasiya inadkarcasına yüksək olaraq qalır və həyat bahalılığı böhranı bitməyib”.

Georgiyeva dünyanı hansı böhranın gözlədiyini təxmin etməyin qeyri-mümkün olduğunu bildirib: “Rusiyanın Ukraynadakı müharibəsinin nəticəsini proqnozlaşdırmaq xüsusilə çətindir. Əmək bazarları artan faizlər qarşısında nə dərəcədə dayanıqlı olacağı isə qeyri-müəyyən olaraq qalır.

Çində COVID-19 epidemiyası ilə bağlı məhdudiyyətlər yumşalmağa doğru gedərsə, Rusiyanın Ukraynadakı müharibəsi pisləşməyəcəyi təqdirdə dünya miqyasında tənəzzülün qarşısını almaq mümkün olacaq. Hətta bu il ABŞ iqtisadiyyatının tənəzzüldən yayınacağına dair artan sübutlar var. Əgər tənəzzül baş verərsə, bu, yüngül olacaq”.


Müəllif: Yeganə Oqtayqızı