19 Mart 2023 13:42
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Orta Kapital Koalisiyası (MBCA) Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) sığortasının növbəti 2 il ərzində bütün əmanətləri əhatə edəcək şəkildə genişləndirilməsini xahiş edib.

Teleqraf.com xəbər verir ki, üzvlərinin 100 milyard dollara qədər aktivi olan bank “MBCA” ABŞ Maliyyə naziri Canet Yellenə, ABŞ Federal Ehtiyat Sisteminə (FED), Pul Nəzarəti Ofisinə (OCC) və FDIC-ə məktublar göndərib.

MBCA məktubda bu qərarın banklardan daha çox depozit axınını önləmək üçün lazım olduğuna diqqət çəkib: “Tənzimləmə bank sektorunu sabitləşdirəcək və bankların gələcək uğursuzluq ehtimalını azaldacaq. Sektorun ümumən sağlam olmasına baxmayaraq, böyük banklardan fərqli olaraq yerdə qalanlarına inam azalıb. Sektora inamın yenidən bərpası vacibdir”.

Qeyd edək ki, martın 10-da Kaliforniya ştatının tənzimləyiciləri ABŞ-ın 20 ən böyük kommersiya bankından biri olan Silicon Vadisi Bankını bağlayıb. Bu, 2008-ci il böhranından sonra ABŞ-da ən böyük bank uğursuzluğudur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər