İran istisna olmaqla, qlobal bazarda kifayət qədər neft və neft məhsulları ehtiyatı var.
Teleqraf.com xəbər verir ki, ABŞ Prezidenti Co Bayden qlobal neft bazarına təsir etmədən İran neft məhsullarının alışını azaltmaq üçün hazırlanan hesabatlarla bağlı Xəzinə, Enerji və Dövlət nazirliklərinə sirkulyar təqdim edib.
Bayden digər ölkələrdə kifayət qədər neft və neft məhsullarının olduğuna diqqət çəkib: “ABŞ Konstitusiyası və qanunları ilə prezident kimi mənə verilmiş səlahiyyətlərə əsaslanaraq, 2012-ci maliyyə ili Milli Müdafiə Səlahiyyət Aktının bəndlərinə uyğun olaraq bəyan edirəm ki, xarici maliyyə qurumlarının İran nefti və neft məhsullarının alış həcmini əhəmiyyətli dərəcədə azaltmaq üçün İrandan başqa ölkələrdə kifayət qədər neft və neft məhsulları tədarükü var”.
ABŞ lideri bu vəziyyəti yaxından izləməyə davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, 2012-ci ildən İrana qarşı həyata keçirilən tədbirlər çərçivəsində ABŞ İran neft məhsullarının beynəlxalq bazara tədarükünü mümkün qədər azaltmağa çalışır.