16 May 2023 12:12
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ administrasiyası strateji neft ehtiyatı üçün avqust ayında tədarük olunacaq 3 milyon barelə qədər xam neft alacaq.

Teleqraf.com xəbər verir ki, məlumatı ABŞ Energetika Nazirliyi açıqlayıb.

Yeni alışlar Texasdakı “Big Hill” Strateji Neft Ehtiyatı üçün ediləcək.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Rusiya-Ukrayna müharibədən sonra Amerikada benzinin qiymətinin sürətlə artması fonunda ötən ilin mart ayında ölkənin strateji neft ehtiyatlarından 180 milyon bareldən çox neftin bazara çıxarılmasına icazə vermişdi.

Bundan sonra ABŞ-ın strateji ehtiyatında olan xam neftin nisbəti 1983-cü ildən bəri ən aşağı səviyyəyə enərək enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.


Müəllif: Yeganə Oqtayqızı