8 Avqust 2023 14:54
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Apple Inc” indiyə qədər özünün ən yüksək texnologiyaya sahib yeni nəsil noutbuk prosessorunu sınaqdan keçirməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, məlumat “Mac” proqram tərtibatçısının sınaq qeydlərində öz əksini tapıb.

Sınaqdan keçmiş prosessorun gələn il bazara təqdim ediləcəyi ehtimal olunur. “J514” kod adlı model olan yüksək texnologiyanın “MacBook Pro” noutbukunda istifadə ediləcəyi gözlənilir. Bununla da “Apple” gələn il bazara çıxarmağı planlaşdırdığı “MacBook Pro”nun əsasını qoyur.

Test qeydlərindəki məlumatlara görə, yeni M3 Max çipinə 16 əsas emal nüvəsi və 40 qrafik nüvəsi daxildir. Həmçinin, sınaqdan keçirilmiş “MacBook Pro”da 48 giqabayt yaddaş var.

Digər tərəfdən, mərkəzi emal bölməsinə video redaktə kimi çətin vəzifələrin öhdəsindən gələn 12 əlavə performans nüvəsi və internetə baxış kimi daha az intensiv tətbiqlər üçün dörd məhsuldarlıq nüvəsi də var.

Şirkətin Kaliforniyadakı baş ofisi məsələ ilə bağlı şərh verməkdən imtina edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər