Rusiya dizel yanacağının limanlar vasitəsilə boru kəmərləri ilə ixracına qoyulan qadağanı qismən ləğv edib.
Teleqraf.com xəbər verir ki, hökumətin açıqlamasında ölkədə davam edən yanacaq ixracı qadağasında bəzi dəyişikliklərin edildiyi bildirilib.
Qeyd olunub ki, neft emalı zavodları (NEZ) üçün subsidiyaların və ya amortizasiya ödənişlərinə yenidən başlanıb. İstehsal olunan dizelin 50 faizinin daxili bazara çatdırılması şərti ilə istehsalçı dizel yanacağını da boru kəmərləri vasitəsilə limanlardan ixrac edə biləcək.
Xatırladaq ki, Rusiya hökuməti ölkədə benzin və dizelin qiymətinin artması ilə əlaqədar sentyabrın 21-də yanacaq məhsullarının ixracına qadağa qoyub.
Baş nazirin müavini Aleksandr Novak oktyabrın 3-də verdiyi açıqlamada bildirib ki, qadağa daxili bazarda sabitlik əldə olunana qədər davam edəcək.