Azərbaycan Türkiyədə qaz qovşağı layihəsinin həyata keçirilməsində iştirak etməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.
“Bu layihəyə həm Türkiyədən, həm də Rusiyadan böyük maraq var. Bununla maraqlanan başqa ölkələr də mövcuddur. Məsələn, Azərbaycan da layihədə iştirak etməyə hazırdır”, - Rusiya rəsmisi bildirib.