1 Noyabr 2023 21:58
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü xərcləri 15 milyard 772,9 milyon manat təşkil edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7 % çoxdur.

Söhbət əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər (20 il vədaha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyanın verilməsi) üçün nəzərdə tutulmuş xərclərdən gedir.

2020-ci illə müqayisədə bu xərclərin büdcə xərclərinin tərkibində xüsusi çəkisi 6 faiz-bənd, mütləq ifadədə isə 1,6 dəfə artıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər