Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ikinci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam klubu "Sürix"lə münasibətlərinə aydınlıq gətirib.
İsveçrə təmsilçisi ilə keçirilən qarşılaşmada Qurban Qurbanovun komandası heç-heçə edib. Hərəyə 1 dəfə fərqlənən tərəflər meydandan 1:1 hesablı bərabərliklə ayrılıb.
Qeyd edək ki, “Qarabağ” ilk yoxlama görüşündə Xorvatiyanın "RNK Split" klubuna 1:3 hesabı ilə məğlub olub.