Hindistanın Tata şirkəti Assam ştatının şərqində yeni böyük yarımkeçiricilər fabrikinin tikintisinə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyinin hökumətin saytında yerləşdirilən hesabatında deyilir.
Layihəyə 270 milyard rupi (3,2 milyard dollar) sərmayə qoyulacaq. Bu fabrikin təxmini gücü gündə 48,3 milyon çip təşkil edir.
Şöbənin rəhbəri Ashvini Vaishnav qeyd edib ki, zavod Wire Bond, Flip Chip və I-SIP texnologiyaları da daxil olmaqla qabaqcıl Hindistan yarımkeçiricilərin yığılması texnologiyaları üçün inkişaf sahəsinə çevriləcək. Bu texnologiyalar elektrik avtomobilləri üçün rabitə, şəbəkə infrastrukturun qurulmasında geniş istifadə olunacaq.