SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft məhsullarını daxili tələbata yönəltmək üçün onların ixracını cüzi miqdarda azaldıb.
Trend-in məlumatına görə, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, Dövlət Neft Şirkəti daxili tələbatı təmin etmək üçün belə bir addım atıb: “Neft məhsullarının ixracını dayandırmırıq, sadəcə olaraq, xarici bazarlara tədarük həcmini cüzi miqdarda azaldırıq. Avropa Oyunları zamanı yanacağa tələbat kifayət qədər yüksək olacaq. Artan tələbatı ödəmək üçün ixrac həcmlərini azaltdıq”.