6 İyul 2015 18:38
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə naziri Samir Şərifov iyulun 6-da Bakıda səfərdə olan Fransa Respublikasının xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə dövlət katibi, Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Matias Feklin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, Samir Şərifov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini vurğulayıb, qarşılıqlı səfərlərin ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib.

Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdıran Fransanın dövlət katibi ölkəsini təmsil edən idmançıların və nümayəndə heyətinin Bakıdan böyük təəssuratla qayıtdığını diqqətə çatdırıb. Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının növbəti iclasının Parisdə keçiriləcəyini qeyd edən Matias Feklin iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran iqtisadi və digər sahələrlə bağlı fikir mübadiləsi aparılıb.

Naibə


Müəllif: