28 Fevral 2016 18:42
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları arasında ümumi xarici ticarət həcmində 10,1% pay ilə üçüncü yeri tutur.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti "Sakstat"ın materiallarında bildirilir.

2016-cı ilin yanvar ayı ərzində Azərbaycan ilə Gürcüstan arasında xarici ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 33% azalıb və təqribən 53,3 milyon dollar təşkil edib.

2016-cı ilin yanvarında Gürcüstandan Azərbaycana ixrac həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 87% azalaraq təqribən 3,8 milyon dollar təşkil edib ki, bu da ümumi ixracın 3,1%-nə bərabər olub.

Azərbaycana 577 min dollar həcmində minik avtomobili ixrac olunub ki, bu da 2015-ci ilin yanvar ayı ilə müqayisədə 13,1 milyon dollar azdır. Ferroərinti ixracı 106,3 min dollar artıb və təqribən 341 min dollar təşkil edib, qara metal boru ixracı 402,2 min dollar artıb və 776,2 min dollara bərabər olub.

Cari ilin yanvar ayı ərzində ötən ilin analoji dövrünə nisbətdə Azərbaycandan Gürcüstana ixrac 2,2% azalaraq 49,5 milyon dollar və ya Gürcüstanın ümumi idxal həcminin 12,2%-ni təşkil edib.

Göstərilən dövrdə Azərbaycandan qonşu ölkəyə neft qazları və qazaoxşar karbohidrogenlərin ixrac həcmi 195 min ton və ya 40,6 milyon dollara bərabər olub ki, bu da 2015-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 1,1 milyon dollar çoxdur.

Hesabat dövründə Gürcüstan Azərbaycandan təqribən 3,7 milyon dollar dəyərində 13,3 min ton neft və neft məhsulları idxal edib ki, bu da ötən ilin yanvarına nisbətdə 3 milyon dollar azdır.


Müəllif:

Oxşar xəbərlər